[:az]2018-ci il iyunun 5-də Xəzər Universitetinin Mərkəz kampusundakı “Dünya” Konfrans-Konsert Salonunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzinin açılışı oldu. Uzun illər ərzində universitetin mühum ölkə və beynəlxalq tədbirlərinin keçirildiyi, elm və mədəniyyət ictimaiyyətinə yaxşı tanış olan “Dünya” Konfrans-Konsert Salonu, əslində, yeni statusa malik olacaqdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı salona toplaşan görkəmli mədəniyyət xadimlərini salamlayaraq, onları barelyefin açılışına dəvət etdi. Açılış mərasimi salondakılar üçün ekranda nümayiş etdirilirdı. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və dahi bəstəkarın qızı Sevil Əliyeva iştirakçıların alqışları ilə barelyefin üzərindən ağ örtüyü götürdülər. “Dünya” Konfrans-Konsert Salonundan açılışa gedən universitet rəhbərliyi və mədəniyyət xadimləri Fikrət Əmirov Konfrans-Konsert Mərkəzinə döndülər.

Professor Hamlet İsaxanlı çıxış edərək, Fikrət Əmirovun həyat və yaradıcılıq yoluna geniş nəzər saldı, böyük musiqiçinin sənət məktəbi yaratdığını və dünyada tanındığını söylədi.

Sonra tədbirin bədii hissəsi başladı. Xəzər Universitetinin Kamera orkestrinin ifasında bəstəkarın “Nizami”simfoniyasının IV hissəsi, “Kürd ovşarı” (Kamera orkestri üçün işləyən “Dünya” Təhsil Komleksinin müəllimi, bəstəkar Sevda Rəhimova), “Sevil” operasından vals, “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” səsləndi.

Xalq artisti Azər Zeynalov “Sevil” operasından “Balaşın ariyası”nı, Azərbaycan Dövlət Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Atəş Qarayev “Balaşın mahnısı”nı, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova (duet) Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasından “Kor ərəbin mahnısı”nı, əməkdar artist Səbinə Vahabzadə “Azərbaycan elləri”, xalq artisti Gülyanaq Məmmədova “Gecə keçdi” və “Göygöl”, (xalq çalğı alətləri ansamblının müşayiəti ilə), xalq artisti, tarzən Ramiz Quliyev “Mən səni araram” və “Səhər” filmindən “Aslanın mahnısı”nı, əməkdar artist Elşən Mansurov “Laylay” mahnılarını, Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblı “Min bir gecə” baleti əsasında hazırladığı xoreoqrafik etüdü ifa etdilər.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Fikrət Əmirov Konfrans-Konsert Mərkəzinin yaradılmasını Xəzər Universitetinin Azərbaycan mədəniyyətinə yeni töhfəsi kimi dəyərləndirdi. Sevil Əmirova çıxışında atasının xatirəsinə göstərilən ehtirama görə Xəzər Universitetinin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

http://www.khazar.org/az/news/article/3283

[:en]On June 5, 2018, the opening ceremony for Fikrat Amirov Conference-Concert Center took place at the “Dunya” Concert-Conference Hall at the downtown campus of Khazar University. The “Dunya” Concert-Conference Hall, where national and international ceremonies have been hosted for a long time, and which is well-known in the cultural community, will have a new status.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, greeted prominent cultural figures and invited them to the opening of Fikrat Amirov’s bas-relief. The opening ceremony was displayed on the screen for those in the hall. Firangiz Alizadeh, Chair of the Union of Azerbaijan Composers, and Sevil Amirova, the daughter of the great composer, with the applause of the participants, took the white cover over the bas-relief. The “Dunya” Concert-Conference Hall became Fikrat Amirov Conference-Concert Center when the University administration came back.

Prof. Hamlet Isakhanli gave a broad overview of Fikret Amirov’s life and career, mentioning that the great musician created a school of art and was recognized worldwide.

Then the artistic part of the ceremony began. The Chamber Orchestra of Khazar University performed the IV part of “Nizami” symphony, “Kurd ovshari” (Sevda Rahimova, a composer and a teacher of “Dunya” school who also works for Chamber Orchestra), waltz from “Sevil” opera, and “Scheherazade’s holiday” from “One Thousand and One Nights” ballet.

The followong pieces of music were performed by various performers: Azer Zeynalov, People’s Artist – “Balash’s aria” from “Sevil” opera; Atash Garayev, the soloist of Azerbaijan State Musical Theater, laureate of international competitions – “Balahs’s song”, Alim Gasimov, People’s Artist, and Fargana Gasimova, Honored Artist (duet) – “The Song of a Blind Arab” from “Sheykh Sanan” a play by Huseyn Javid; Sabina Vahabzadeh, Honored Artist, – “Lands of Azerbaijan”; Gulyanag Mammadova, People’s Artist – “The night passed” and “Goygol” (accompanied by folk instruments ensemble); Ramiz Guliyev, People’s Artist and a tar player – “I am looking for you” and “Morning”; the dance ensemble of Khazar University – Choreographic etude based on the “One Thousand and One Nights” ballet.

Firangiz Alizadeh, Chair of the Union of Azerbaijan Composers, delivered a speech and noted that the establishment of Fikrat Amirov Conference-Concert Center was a new contribution to Azerbaijani culture. Sevil Amirova expressed her gratitude to the University administration and the participants for respect to his father.

http://www.khazar.org/en/news/article/3283

[:]