[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlının elm tarixindən bəhs edən “Əlkimya: Elm, Sənət və Mistika” adlı yeni kitabı işıq üzü görüb. Kitabda Əlkimyanın vətəni olmağa əsas namizəd sayılan qədim Misir və sonra Mesopotamiya, Yunan və Roma sivilizasiyaları, Çin və İslamın hegemon olduğu dövrlər və nəhayət, Orta Əsrlər Avropası diqqət mərkəzində olmaqla dünya əlkimya tarixinə baş vurulur, müqayisəli təhlil nəticəsində müəyyən ümumiləşmələr aparılaraq, oxşarlıqlar və fərqlər qeyd edilir. Əlkimyanın elmi və texnoloji, həmçinin iqtisadi və ticari tərəfləri, qızıl və gümüşün fiziki-kimyəvi xassələri, mənəvi və ictimai tərəfləri, metalları qızıl və gümüşə çevirmə cəhdləri, həmçinin gəncləşmə və ölümsüzlük bəxş edə bilən eliksir axtarışı barədə, bu sahələrdə yaradıcı fəaliyyət göstərənlər haqqında söhbət açılır.
Yeri gəldikcə əlkimya ilə sıx bağlı olan tibb, farmakologiya və botanika, metal və minerallar, fəlsəfə və mistika üzərində durulur. Müxtəlif əfsanə və rəvayətlər, səyahət və savaşlar, kitablar və ensiklopediyalar haqqında söhbət edilir. Ana və ya təməl elementlər, xüsusilə, onların bəs etmədiyini ortaya qoyan və əlkimyanın canı sayılan civə, kükürd və duz kimi maddələr ətrafında cərəyan edən hadisələr diqqət mərkəzinə qoyulur.
Anlaşıqlı dildə yazılan bu monoqrafiya mütəxəssislər, tələbələr və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
http://www.khazar.org/az/news/article/3282
[:en]The Founder of Khazar University and the Chairman of the Board of Directors and Trustees Prof. Hamlet Isakhanli published a new book called “Alchemy: Science, Art and Mysticism” (in Azerbaijani: Əlkimya: Elm, Sənət və Mistika) which talks about the history of science. In the book, the author dives into the world history of alchemy while focusing on Egypt, which is considered the main candidate to be the homeland of alchemy, and then Mesopotamia, Greek and Roman civilization, the periods when China and Islam were hegemons, and finally, the Europe of the Middle Ages. Certain generalizations have been made based on a comparative analysis, and similarities and differences have been noted. The relations between Eastern and Western cultures
have been contemplated through the lens of the alchemy. There are discussions on the scientific and technological aspects of alchemy, as well as economic and commercial prospects, physical and chemical properties of gold and silver, moral and social facets, endeavors to turn metals into silver and gold, as well as the search for elixirs that can bring rejuvenation and immortality, also on people who led the creative activities in these areas.
When appropriate, the closely related subjects to alchemy, such as medicine, pharmacology and botany, metals and minerals, philosophy and mystery, have been scrutinized. The different myths and legends, travels and wars, books and encyclopedias have been discussed. The events encompassing the major or base elements, especially, their insufficiency, along with the substances regarded as the soul of alchemy like mercury, sulfur, and salt, are in the spotlight.
Written in a comprehensible language, this monograph is reckoned to be for specialists, students and a wide audience of readers.