Dissertasiya işinin ilkin müzakirəsi keçirildi

2018-ci il aprelin 5-də Xəzər Universitetində universitetin İngilis dili və ədəbiyyatı departamentinin dissertantı Milana Yunis qızı Abbasovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “İngilis dilinin tədqiqinə sosiolinqvistik yanaşmada müasir tendensiyalar” adlı dissertasiya işinin department üzrə müzakirəsi keçirildi. İclasa sədrliyi Magistratura, Doktorantura və Elmi işlər bölməsinin müdiri dosent Eldar Şahgəldiyev rəhbərlik edirdi. Elmi işin rəhbəri professor Fəxrəddin Veysəllidir.

Müzakirələrdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Azərbaycan Dillər Universitetinin əməkdaşları – professor Fəxrəddin Veysəlli (elmi rəhbər), professor Əfqan Abdullayev (rəyçi), dosent Amil Cəfərov (rəyçi), dosent Cəmil Balayev, dosent Qələmşah Heybətov, filologiya üzrə fəlsəfə doktoru İrina Orucova, filologiya üzrə fəlsəfə doktoru Elmira Əliyeva dissertasiya işi haqqında fikirlərini bildirdilər. İclasda, həmçinin, Xəzər Universitetinin əməkdaşları baş müəllim Firəngiz Nəsirova, İlham Tağıyev, Eynur Mehdiyev, Xanım Əhmədova, Leyla Salayeva, Günel Şükürova, Validə Kərimova, Pərvanə Babayeva, Nuranə Fərhadova, Nailə Qasımova, Zamirə Qurbanova, Gülnur Nəbiyeva, Ədilə Abdullayeva da iştirak edirdilər.

Müzakirənin nəticəsində dissertant iclasın iştirakçılarının müsbət rəyini alaraq, müdafiənin növbəti mərhələsinə buraxıldı.

http://www.khazar.org/az/news/article/3088

 

Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page