Xəzər Universiteti KUNİB-in Sərgisində

2018-ci il martın 31-də Bakıdakı hotellərin birində KUNİB – Kafkas Universiteler Birliyinin təhsil sərgisi keçirildi. Sərgidə Türkiyənin və Azərbaycanın müxtəlif universitetləri iştirak edirdilər. Sərginin ilk günü rəsmi açılış oldu. KUNİB-in başqanı Ramazan Korkmaz təhsil sərgisində iştirak edən qonaqları salamladı və rəsmi açılışı elan etdi. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan universitetlərinin rektorları və digər şəxslər çıxış etdilər. Sonra qonaqlar universitetlərlə tanış oldular. Xəzər Universiteti hər zaman olduğu kimi, bu dəfə də qonaqların və çoxsaylı orta məktəb şagirdlərinin diqqət mərkəzində idi. Sərgidə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, tələbə və qeydiyyat şöbəsinin müdiri Lamiyə Namazova və Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova iştirak edirdilər. Sərgi iki gün davam etdi.

http://www.khazar.org/az/news/article/3068

Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page