Professor Hamlet İsaxanlı “Dünya” məktəbinin rəhbər heyəti ilə görüşdü

2018-ci il martın 30-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin rəhbər heyəti ilə görüşdü. O, ali təhsilə qədər təhsil-təlim-tərbiyə ilə məşğul olan “Dünya Təhsil Kompleksi”nin yaradılması haqqında məlumatı və “Dünya” məktəbinin təsisçiləri – Professor Hamlet İsaxanlı və Nailə xanım İsayevanın imzaladığı uyğun əmrləri iştirakçıların nəzərinə çatdırdı. Hamlet İsaxanlı “Dünya Təhsil Kompleksi”nin tərkib hissələri və inkişafı haqqında fikirlərini söylədi, verilən sualları cavablandırdı.

http://www.khazar.org/az/news/article/3067

Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page