Amerika Riyaziyyat Cəmiyyəti və Rusiya riyaziyyat portalı Xəzər Universitetində keçiriləcək konfrans haqda məlumat yaydı

Rusiyanın ən böyük riyaziyyat portalı mathnet.ru və dünyanın ən mötəbər riyaziyyat cəmiyyətlərindən biri hesab olunan Amerika Riyaziyyat Cəmiyyəti (American Mathematical Society) Xəzər Universiteti Riyaziyyat departamentinin təşkilatçılığı ilə 2018-ci il mayın 21-dən 24-dək Xəzər Universitetində keçiriləcək və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunan “Operators, Functions, and Systems of Mathematical Physics Conference” konfransı barədə məlumat yaymışdır.

Bu linklər vasitəsilə konfrans haqda daha geniş məlumat almaq olar:

http://www.mathnet.ru/php/conference.phtml?option_lang=rus;

http://www.ams.org/meetings/calendar/mathcal.

Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page