[:az]2018-ci il fevralın 27-də Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin dəvəti əsnasında İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan Stav universitetin qonağı oldu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İsrail səfiri cənab Dan Stav ilə görüşdü. Görüşdə, həmçinin, Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Avropa İttifaqı Araşdırmalar Mərləzinin rəhbəri Baba Bayramlı və İsrail səfirliyinin Mətbuat departamentinin direktoru Sahilə Mustafayeva iştirak edirdilər.

Görüşdən sonra səfir Dan Stav Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələrinə “İsrail-Azərbaycan ikitərəfli münasibətlərinə dair” mühazirə ilə çıxış etdi. Mühazirədə, həmçinin, Yaxın Şərq regionunda baş verən hadisələr və İsrail-Fələstin münaqişəsi barəsində tələbələrə məlumat verildi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevin moderatorluğu ilə keçirilən müzakirə sual-cavab sessiyası ilə başa çatdı.

http://www.khazar.org/az/news/article/2998

[:en]Mr. Dan Stav, Extraordinary and Plenipotentiary Ambassador of Israel to Azerbaijan, visited Khazar University, on the invitation of the Department of Political Sciences and International Relations of Khazar University, on February 27, 2018.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, had a meeting with Israeli ambassador Mr. Dan Stav. Associate Professor Irada Khalilova, Vice-rector for Research of Khazar University, Elmar Mustafayev, Coordinator of the Department of Political Sciences and International Relations, Baba Bayramli, Head of European Union Research Centre, and Sahila Mustafayeva, Director of Press Department of the Israeli embassy, also participated at the meeting.

After the meeting, Ambassador Mr. Dan Stav delivered a lecture “Israel-Azerbaijan bilateral relations” for the students of the Department of Political Sciences and International Relations. The Ambassador also talked about accidents in the Middle East and the Israeli-Palestinian conflict. The meeting, which was moderated by Elmar Mustafayev, the coordinator of the Department of Political Sciences and International Relations, ended with a question-answer session.

http://www.khazar.org/en/news/article/2998

 [:]