[:az]2018-ci il fevralın 8-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış etdi. H.İsaxanlı çıxışında Tbilisi Dövlət Universitetini tanıdan xüsusiyyətlərindən, Gürcüstanın tarixi və mədəniyyətindən, Şota Rustaveli irsindən, Gürcüstanda elm və mədəniyyət sahəsindəki son inkişafdan, Gürcüstan-Azərbaycan əlaqələrindən, Xəzər Universiteti və onun Gürcüstan universitetləri ilə əməkdaşlığı kimi məsələlərdən danışdı. Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinə hədiyyə etdiyi xalçanı təqdim etdi.

Daha sonra Professor Hamlet İsaxanlı Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb söhbət etdi. Azərbaycan televiziyası və bir neçə digər informasiya agentlikləri professor Hamlet İsaxanlıdan müsahibə aldılar.

Həmçinin, Hamlet İsaxanlı TDU-nun 100 illiyinə gələn qonaqlarla birlikdə Gürcüstan Parlamentində oldu.

http://www.khazar.org/az/news/article/2904

[:en]Speaking at the Ceremonial Meeting, Professor Hamlet Isakhanli, the Founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees, recounted the distinctive features of TSU which made it famous, praised the history and culture of Georgia, Shota Rustaveli legacy, recent developments in science in Georgia, Georgian-Azerbaijani relationships, Khazar University and its cooperation with Georgian universities. He presented the carpet, a gift from Khazar University, to TSU.

Afterwards, Prof. Isakhanli met with the Ambassador of Azerbaijan in Georgia.

Several information agencies, including Azerbaijan TV took interviews from Prof. Isakhanli.

He also visited Georgian Parliament among the guests invited to the TSU’s 100thAnniversary.

http://www.khazar.org/en/news/article/2904

[:]