[:az]

2018-ci il fevralın 7-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tbilisi İvane Cavaxişvili Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmək üçün dəvət olunduğu Tbilisi şəhərinə getmişdir.

Fevralın 7-dən 9-dək keçiriləcək tədbirlərdə Gürcüstanın hökumət nümayəndələri, xaricdən dəvət olunmuş tanınmış ictimai xadim və alimlərin iştirak etməsi planlaşdırılır.

Səfər çərçivəsində professor H.İsaxanlı xaricdən gəlmiş nümayəndə heyətinin tərkibində Gürcüstan Prezidenti Giorgi Margvelaşvili ilə görüşdü. Söhbət zamanı Gürcüstan Prezidenti Xəzər Universiteti haqqında çox eşitdiyini bildirdi, universitetin ünvanına xoş sözlər söylədi.

Həmçinin, Professor İsaxanlı Gürscüstanın Təhsil naziri Dr. Mixeil Çxenkeli ilə söhbət etdi, Gürcüstanda və Azərbaycanda təhsilin vəziyyəti, qarşılıqlı əməkdaşlıq ideyaları, Gürcüstanda yaşayan Azərbaycan-dilli əhalinin təhsil problemləri, bu işdə Xəzər Universitetinin marağı və köməyi məsələləri müzakirə edildi.

Bundan əlavə, Hamlet İsaxanlı Gürcüstan Elmlər Akademiyasının prezidenti, Gürcüstan universitetlərinin rektor və digər yüksək vəzifəli şəxsləri, tədbirdə iştirak edən xarici universitet rəhbərləri ilə görüşlər keçirməyə başlamışdır.

[:en]Khazar University Founder and the Chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isakhanli has been invited to the series of events dedicated to the Ivane Javakhishvili Tbilisi State University’s 100th Anniversary. Government representatives of Georgia, well-known public figures and scholars from abroad will take part in the events to be held on February 7-9.

Within the foreign delegation, today, Professor H.Isakhanli met with Georgian President H.E. Giorgi Margvelashvili. During the talks, the Georgian President expressed his sympathy towards Khazar University and said that he had heard much about the University.

Later, Prof. Isakhanli talked with the Minister of Education of Georgia Dr. Mikheil Chkhenkeli about the state of education in Georgia and Azerbaijan, mutual cooperation ideas, education problems of the Azerbaijani-speaking population of Georgia, and the interest and support of Khazar University in this regard.

In addition, Hamlet Isakhanli has initiated meetings with Georgia’s senior executives in education, including the president of its Academy of Sciences and the rectors of its universities, as well as the heads of foreign universities participating in the event.

 [:]