[:az]2018-ci il yanvarın 20-si və 21-də Xəzər Universitetində “DARON” Disleksiyanın Korreksiyası üzrə Beynəlxalq Mərkəzin direktoru, İsrailli mütəxəssis Lora Zakon tərəfindən “Disleksiyada məşhur və unikal metod olan Ronald Deyvis seminarı” adlı tədbir keçirildi. Tədbirdə Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova və Əlilliyi olan Tələbələr üçün Mərkəzin direktoru Rima Məmmədova da iştirak edirdilər. Tədbirdə öyrənmə çətinliyi kimi qiymətləndirilən disleksiya, diskalkuliya, disqrafiya, dispraksi kimi pozuntular haqqında ətraflı məlumat verildi. Tədbirin ikinci günündə belə çətinliyi olan insanlarla işləyərkən nələr edildiyi nümayiş etdirildi və dünyada çox istifadə edilən Ronald Deyvis metodu ilə əlaqədar master təlim keçirildi.

Konfrans sonunda Xəzər Universitetinin əməkdaşlarına da “DARON” Disleksiyanın Korreksiyası üzrə Beynəlxalq Mərkəzin beynəlxalq dərəcəli sertifikatı təqdim olundu.

http://www.khazar.org/az/news/article/2865

[:en]A seminar “Famous Unique Ronald Davis Method for Dyslexia” was held at Khazar University on January 20-21, 2018. An Israeli expert Lora Zakon, Director of “DARON” International Dyslexia Correction Center, run the seminar. Malak Karimova, Director of Centre for Psychological Service Centre of Khazar University, and Rima Mammadova, Director of Centre for Students with Disabilities, also participated at the seminar. Participants were given detailed information on dyslexia, dyscalculia, dysgraphia, dyspraxia and other disorders. On the second day of the seminar, participants gained practical skills on how to work with people with disorders. Moreover, there was a master class on Ronald Davis Method.

At the end of the seminar participants got an international certificate of “DARON” International Dyslexia Correction Center.

http://www.khazar.org/en/news/article/2865

 

[:]