[:az]2017-ci il dekabrın 13-də SOCAR TOWER-də şirkətin əsas sosial məsuliyyət layihələrindən olan Daxili Təqaüd Proqramı çərçivəsində 2016/2017-ci tədris ilinin nəticələrinə əsasən təqaüd qazanmış 70 tələbənin təqaüd kartlarının təqdim olunma mərasimi keçirildi. Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin 3 tələbəsi – Asif Həsənli (Kimya mühəndisliyi), Murad Tapdıqlı (İnşaat mühəndisliyi), Aqşin Babayev (Neft mühəndisliyi) bu proqramın qalibləri arasında idilər. Təqaüdün məbləği hər tələbə üçün bir il ərzində 1000 AZN təşkil edir.

Tədbirdə SOCAR rəhbərliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçiləri, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri iştirak etmişdir.

http://www.khazar.org/az/news/article/2732

[:]