[:az]2017-ci il dekabrın 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı BDU-nun Konfutsi İnstitutunun Beynəlxalq Çin dili və mədəniyyəti üzrə tədqiqatşısı Li Yadan “Təşəkkür məktubu” almışdır. Məktubda dekabrın 4-dən 7-dək Xəzər Universitetində keçirilmiş “I Çin mədəniyyəti həftəsi”nin yüksək səviyyədə baş tutmasına görə, şəxsən Professor Hamlet İsaxanlıya, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları – Samirə Orucova və Aytac Misgərliyə və əməyi olan hər kəsə təşəkkür edilir və gələcəkdə də Xəzər Universiteti ilə mədəniyyət və tədqiqat sahəsində əməkdaşlığın vacibliyi vurğulanır. http://www.khazar.org/az/news/article/2721[:]