[:az]Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Validə Kərimovanın (doktorant) “Pоль иностранных языков как средства общения в современный период” adlı elmi məqaləsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” adlı jurnalının Humanitar elmlər seriyasının 5-ci sayında çap edilmişdir (ISSN 2224-5529). Məqalədə müasir dövrdə xarici dillərin ünsiyyət vasitəsi olmasından geniş bəhs edilir. Dil, söz və ünsiyyət vasitələrindən, müasir dillərdən və onların hansı məqsədlə işlədilməsindən faktlarla məlumat verilir. Ünsiyyət nədir? Nitq nə üçündür? Ünsiyyət vasitələrinə kömək edən vasitələr hansılardır? və s. bu kimi suallara da müəllif tərəfindən geniş izahlar verilmişdir.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

http://www.khazar.org/az/news/article/2720[:]