Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Statistika Şurasının üzvü professor Hamlet İsaxanlı şuranın iclasında iştirak etdi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı 2017-ci il noyabrın 15-də şuranın iclasında iştirak etmişdir.

İclasda əhalinin siyahıyaalınması ilə bağlı sorğu, siyahıyaalma vərəqələrinə daxil ediləcək suallar və “Rəsmi statistika haqqında” AR-nın Qanununa əlavə və dəyişikliklər müzakirə olunmuşdur. Professor H.İsaxanlı müzakirə olunan məsələlərə dair öz təklif və fikirlərini bildirmişdir. O, əhali arasında xoşbəxtlik səviyyəsinin ölçülməsi məqsədilə sorğu keçirilməsini də təklif etmişdir.

khazar.org