Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Xalq artistinin yubileyi münasibətilə tədbir

2017-ci il noyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti, filarmoniyanın mahnı və rəqs ansamblının bədii rəhbəri və quruluşçusu Cəmilə Bayramovanın yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl görkəmli rəqqasənin həyat və yaradıcılığına aid slayd-şou nümayiş etdirildi, elm və mədəniyyət xadimlərinin videotəbrikləri səsləndirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı öz təbrikində Cəmilə Bayramovanın yüksək sənətindən danışmaqla yanaşı, universitetdə müəllim kimi çalışdığı illərdə səmərəli fəaliyyətindən də söz açdı.

Tədbir xalq artistinin fəaliyyəti ərzində çalışdığı kollektivlərin çıxışlarından təşkil olunmuşdu. Bakı Xoreoqrafiya Akademiyasının balet qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Cəngi”, “Cücələrim” və “Dəcəl” ansamblları, Xəzər Universitetinin Mahnı və Rəqs Ansamblı məharətli çıxışları ilə yubilyarı təbrik etdilər.

Yubiley tədbirində elan olundu ki, Cəmilə Bayramova Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb.

khazar.org

Slideshow
Google