Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Xəzər Universitetində Semiotika üzrə 8-ci Beynəlxalq Konfrans uğurla baş tutdu

2017-ci il oktyabrın 28-də Xəzər Universitetində Gürcüstanın İlia Universitetinin Semiotika Araşdırmaları Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Semiotika üzrə 8-ci Beynəlxalq Konfrans keçirildi.

Konfransın açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasınınn sədri professor Hamlet İsaxanlı Gürcüstanın İlia Universiteti ilə təşkil olunmuş beynəlxalq semiotika konfransından olduqca məmnun qaldığını bildirdi. O, həmçinin Gürcüstanla bağlı xatirələrini bölüşdü, bu ölkənin ona çox doğma olduğunu qeyd etdi. Eyni zamanda, Semiotika Araşdırmalar Mərkəzinin rəhbəri, professor Tsira xanım Barbakadze konfransın təşkil edilməsində Xəzər Universitetinin göstərdiyi böyük dəstəyə görə öz təşəkkürünü bildirdi, iki ölkənin sıx dostluq münasibətlərini bir daha vurğuladı və Professor İsaxanlıya öz dəyərli hədiyyələrini təqdim etdi.

Bundan sonra plenar iclasda çıxış edən Slavyan Universiteti Azərbacan dili və ədəbiyyatı kafedrasının rəhbəri professor Rəhilə Qeybullayevanın və dosent Qriqori Coxadzenin çıxışları olduqca yaddaqalan oldu.

Ümumilikdə, konfransda Azərbaycanın Xarici Dillər Universiteti, İqtisadiyyat Universiteti və Xəzər Universitetini təmsil edən 15 iştirakçı semiotikanın müxtəlif sahələrini əhatə edən maraqlı mövzularda öz çıxışlarını davam etdirdilər.

Paralel olaraq, 3 sessiyada davam edən konfransda azərbaycanlı çıxışçılarla yanaşı, Gürcüstanın İlia Dövlət Universiteti, Şota Rustaveli Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Yakob Qoqebaşvili Dövlət Universiteti, İvane Cavakişvili Dövlət Universiteti, Akaki Tsereteli Dövlət Universiteti, Tbilisi Klassik Ginmnaziyası, Qori Dövlət Müəllimlər Universiteti və Avropa məktəbini (Almaniya, Bonn) təmsil edən çıxışçılar əsasən ədəbiyyatda və memarlıqda (professor Quram Kipianinin çıxışı) semiotika mövzusuna diqqət çəkdilər.

Sonda, yekun qeydlər və sessiyalar üzrə mövzuların müzakirə nəticələri haqqında danışmaq üçün söz bölmə üzrə rəhbərlərə verildi.

Konfransı bağlamaq üçün son söz isə bir daha professor Tsira Barbakadze və professor Hamlet İsaxanlıya verildi. Hər iki tərəf konfransın keçirilmə səviyyəsindən, toxunulan maraqlı mövzulardan məmnunluğunu bildirdi və 8-ci beynəlxalq semiotika konfransı kimi konfransların daha geniş coğrafiyanı əhatə edərək, davamının olmasını arzu etdiklərini, bununla bağlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladılar.

khazar.org

Slideshow
Google