Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Yaponiyanın Nippon Fondu Xəzər Universitetinə kitab hədiyyə etdi

2017-ci il oktyabrın 26-da Nippon Fondunun (The Nippon Foundation) Xəzər Universiteti də daxil olmaqla, Azərbaycanın dörd ali təhsil müəssisəsinə bağışladığı kitabların təqdimatı ADA Universitetində keçirildi. Təqdimatda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə yanaşı, Nippon Fondunun rəhbəri Yohei Sasakawa, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak edirdilər. Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin müdiri Aytac Misgərli və Kataloqlaşdırma bölməsinin rəhbəri Samirə Orucova da tədbirin iştirakçıları arasında idilər.

Professor Hamlet İsaxanlı Xəzər Universiteti ilə Nippon Fondunun əməkdaşlıq tarixi və həyata keçirilən iki layihə haqqında, Yaponiyaya səfəri və həmçinin, təqdimatda bağışlanılan kitablar barədə danışdı.

khazar.org

Slideshow
Google