Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Xəzər Universitetində Vurğun Əyyubun anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirildi

Oktyabrın 24-də Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyubun anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi və əməkdaşları, qonaqlar iştirak edirdilər.

Mərasimə aparıcılıq edən Azərbaycan dili və ədəbiyyat departamentinin müəllimi Dilbər Zeynalova ilk sözü universitetin prorektoru İsaxan İsaxanlıya verdi. İ.İsaxanlı çıxışında Vurğun Əyyubun pedaqoji və elmi fəaliyyətindən danışdı, universitetin kollektivi adından yubilyara ünvanlanmış təbrik məktubunu oxudu, məktubu gül dəstəsi ilə ona təqdim etdi.

Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Hassan Niknafs, prorektor Məhəmməd Nuriyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Azərbaycan dili və ədəbiyyat departamentinin müəllimləri Reyhan Mədətova, İlahə Qurbanova, Xatirə Yusifova, Qardaşxan Əzizxanlı, Fəlsəfə və insanşünaslıq departamentinin müəllimi Mail Yaqubov çıxış etdilər.

Çıxış edənlər Vurğun Əyyubun çoxşaxəli fəaliyyətindən danışdılar, onu tanınmış təhsil təşkilatçısı, ədəbiyyatşünas alim və ictimai-siyasi xadim kimi səciyyələndirdilər.

Sonda Vurğun Əyyub çıxış edərək, yubiley mərasiminin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

khazar.org

Slideshow
Google