Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Hamlet İsaxanlı müsahibə verdi

2017-ci il iyunun 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Xeber365.com xəbər saytına müsahibə vermişdir. Söhbət əsasən QS beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqinin nəticələrinə həsr olunmuşdur.

Qeyd edək ki, reytinq siyahısına görə, Xəzər Universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşir və Azərbaycan universitetləri arasında isə 1-ci yeri tutur. QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26.000 universitet haqqında araşdırma aparmış və Xəzər Universiteti dünyanın 2,7% seçilmiş aparıcı universitetləri sırasına daxil edilmişdir.

Müsahibəni bu linklər vasitəsilə dinləmək və izləmək olar:

https://www.youtube.com/watch?v=-Kcr075k0iQ;

http://mektebgushesi.az/2017/06/11/hamlet-isaxanli-ədliyyə-nazirliyi-azərbaycani-məndən-qoruyur-videosohbət/.

Slideshow
Google