Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Xəzər Universitetində bəstəkar Sevda Rəhimovanın yaradıcılıq gecəsi keçirildi

2017-ci il iyunun 8-də Xəzər Universitetinn Mərkəz kampusundakı “Dünya” konsert salonunda “Dünya” məktəbinin müəllimi, bəstəkar Sevda Rəhimovanın yaradıcılıq gecəsi keçirildi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, bəstəkarlar və tamaşaçılar  iştirak edirdilər.

Tədbir Sevda Rəhimovanın da mənsub olduğu Qara Qarayev sənət məktəbi haqqında filmlə başladı.  Film “Dünya” məktəbinin Multimedia mərkəzi tərəfindən hazırlanmışdı. Filmə baxışdan sonra Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər və pianoçu –  universitetin Musiqi və incəsənət departamentinin müdiri, dosent Zülfiyyə Sadıqova) və Simli kvartetin (Əməkdar artist   Əyyub Əliyev, Elina İsmət, Anar Əliyev, Samir Əsədov) iştirakı ilə konsert proqramı başlandı.

Beynəlxalq müsabiqələr laureatı Gülşən İbadova (soprano) bəstəkarın pianoda müşayiəti ilə onun “Sənin üçün” (Nəbi Xəzri), “Küləklər” (Xəzər Süleymanlı), “Dağ çiçəkləri” (Bəxtiyar Vahabzadə), “Susma, danış” (Xəzər Suleymanlı) romanslarını, Nigar  Suleymanova (fortepiano) “Fortepiano üçün 3 prelüd”, Nərgiz Əliyeva (fleyta)  “Fleyta və kamera orkestri ücün pyes”    əsərlərini, Nərmin İsgəndərova (fortepiano)  “Fortepiano ücün sonata”nın 2-ci və 3-cü hissələrini    ifa etdilər. Kamera orkestri tərəfindən bəstəkarın kamera orkestri üçün pyesləri  – “Həzin dalğalar “ və“Ckerso” ifa olundu.

Konsert proqramının yekununda Sevda Rəhimovanın Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “İkimizdən birimiz” romansını əməkdar artist İlham Nəzərov və Gülşən İbadova  ifa etdilər.  Sonda SSRİ xalq artisti, akademik Arif Məlkov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet  İsaxanlı çıxış edərək, Sevda Rəhimovanın yaradlcılığından danışdılar, ona uğurlar arzuladılar.

Slideshow
Google