Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

“Xəzər”də yubiley

2017-ci il iyunun 6-da Xəzər Universitetinin yarandığı ilk illərdən İngilis dili və ədəbiyyatı departamentində çalışan, baş müəllim Firəngiz Nəsirovanın yubileyi keçirildi. Tədbirdə universitetin rəhbərliyi, dekanlar və departament müdirləri, əməkdaşlar iştirak edirdilər.

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, F. Nəsirovanın yüksək səviyyəli ingilis dili mütəxəssisləri hazırlanmasında  misilsiz xidmətlərindən, departamentin gənc müəllimlərinin yetişməsində böyük zəhmətindən, tələbələrə diqqət və qayğısından, bununla yanaşı, ciddi tələbkarlığından danışdı. Onu jubileyi münasibətiə təbrik edərək, pedaqoji fəaliyyərində və şəxsi həyatında ona uğurlar arzuladı və gül dəstəsi təqdim etdi.

Digər çıxışlarda da F. Nəsirovanın universitetdəki işi yüksək qiymətləndirildi, tərcüməçilik fəaliyyətindən, səmimi, qayğıkeş bir insan kimi  universitet kollektivinin dərin hərmətini qazanmasından, şux xasiyyəti, şən zarafatları ilə “Xəzər”in  xoş aurasını daha da artırmasından danışıldı. Bildirildi  ki, universitet üzrəki bu tədbirdən əvvəl onun yubileyi İngilis dili və ədəbiyyatı departamentində, Humanitar və sosial elmlər fakültəsinin dekanlığında qeyd olunmuşdur.

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri, “Dünya” məktəbinin həmtəsisçisi Nailəxanım İsayeva yubilyara universitetin hədiyyəsini təqdim etdi.

Səmimi söhbətlə davam edən yubiley  tədbiri xoş əhval-ruhiyyə ilə sona çatdı.

Slideshow
Google