Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

“Xəzər”in rəqs qruplarının Giresunda Aksu festivalında iştirakının nəticələri haqqında müşavirə keçirildi

Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin oğlanlardan və qızlardan ibarət rəqs qrupları 2017-ci il mayın 18-dən 23-dək Türkiyənin Giresun şəhərində keçirilmiş 40-cı Beynəlxalq Aksu festivalında müvəffəqiyyətlə  iştirak etmişlər.

Mayın 31-də universitetdə səfərin nəticələrinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə universitetin rəhbərliyi, dekan və dekan müavinləri, departament müdirləri, rəqs qruplarının üzvləri və rəhbərləri iştirak edirdilər.

Müşavirə səfər haqqında filmin nümayişi ilə başlandı. Sonra Giresuna səfərdə kollektivə rəhbərlik etmiş universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, səfərin nəticələri, rəqs qruplarının çıxışlarının böyük müvəffəqiyyətlə keçməsi haqqında ətraflı məlumat verdi. Rəqs qruplarının rəhbərləri – universitetin müəllimləri Səbinə İsmayılova və Telman Əliyev, universitetin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova çıxışlarında səfər təəssüratlarını bölüşdülər, universitet rəhbərliyinə festivalda iştiraklarına şərait yaratdığına  görə təşəkkürlərini bildirdilər.

Universitetin prorektoru Məhəmməd Nuriyev, dekan və dekan müavinləri də çıxış edərək, fikir və mülahizələrini bildirdilər.

Sonda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prpfessor Hamlet İsaxanlı rəqs qruplarının üzvlərini və rəhbərlərini festivalda uğurlu çıxışlarına görə təbrik etdi, onlara yeni nailiyyətlər arzuladı.

Slideshow
Google