Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Xalq artisti Ramiz Quliyevlə üz-üzə

2017-ci il aprelin 14-də Xəzər Universitetinin “Dünya” konsert salonunda  universitetin “Üz-üzə” layihəsi çərçivəsində Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından biri, tar dünyasının canlı əfsanəsi, Xalq artisti, professor Ramiz Quliyevin 70 illiyinə həsr olunmuş “Səslən, tarım” adlı yaradıcılıq gecəsi keçirildi.

Tədbirin əvvəlində musiqişünas Nərgiz Kərimova sənətkarın həyat və yaraıcılığını işıqlandırdı. Onun geniş və əhatəli, fotoslaydlarla müşayiət olunan mühazirəsində Ramiz Quliyevin çoxşaxəli fəaliyyəti bir daha göz önündə canlandı. Sonra Xalq artisti Ramiz Quliyev səhnəyə dəvət olundu və konsert proqramı başlandı. Konsertdə Qara Qarayev, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Sərdar Fərəcov, həmçinin Anton Rubenşteyn, Frans Şubert, Vittorio Monti və Mikis Teodorakisin əsərləri ifa olundu. Qeyd edək ki, Xəzər Uuniversitetinin Kamera orkestrinin müşayiəti ilə keçən konsert öz əsrarəngliyi ilə  dinləyicilərin diqqətini cəlb etdi.

Konsert proqramı görkəmli tarzən haqqında filmin nümayişi və çıxışlarla müşayiət olundu. Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu, dosent Zülfiyyə Sadıqova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış etdilər. N. Kazımov Ramiz Quliyevin ifaçılıq sənətinn xüsusiyyətləri haqqında danışdı. Z. Sadıqova  Ramiz Quliyevlə bağlı  xatirələrini dinləyicilərlə bölüşdü. On beş il öncə təşkilatçılıq etdiyi Ramiz Quliyevin 55 illiyi ilə bağlı yaradıcılıq gecəsini xatırladı və həmin tədbirdən görüntülər təqdim etdi. S. Fərəcov çıxışında Azərbaycan musiqi ifaçılığında  Ramiz Quliyevi Üzeyir Hacıbəyli ənənəsinin davamçısı kimi səciyyələndirdi. H. İsaxanlı Ramiz Quliyevin geniş diapozona malik ifaçılıq sənətinin xarici olkələrdə də tanındığını və yüksək dəyərləndirildiyini qeyd etdi.

Çıxış edənlər görkəmli sənətkarı yetmiş illik yubileyi münasibətilə təbrik etdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar, təbrik məktubları və gül dəstələri təqdim etdilər.

Tədbirin sonunda Xalq artisti Ramiz Quliyev çıxış edərək, onun yaradıcılıq gecəsinin təşkilinə görə Xəzər Universitetinin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

Slideshow
Google