Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının Qala konserti keçirildi

2017-ci il aprelin 11-də Sumqayıt Dövlət Dram teatrında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər Təhsil İdarəsinin və Xəzər Universiəsi Sumqayıt “Dünya” məktəbinin təşkilatçılığı ilə Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının Qala konserti keçirildi.

Qala konsertində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov salona toplaşanları salamlayaraq bildirdilər ki, Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalı sumqayıtlıların həyatında mühüm hadisədir. Sonra isə onlar  festivalın I yer qaliblərini təbrik etdilər və qaliblərə qiymətli hədiyyələr təqdim etdilər.

“Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, Xəzər Universitetinin İctimai Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov, “Dünya” məktəbinin müdiri Mərufə Mədətli və Sumqayıt “Dünya” məktəbinin müdiri Münəvvər Bayramova II və III yer tutan qaliblərə sertifikatlarını və hədiyyələrini təqdim etdilər.

Gecənin bədii hissəsində qaliblər maraqlı proqramla çıxış etdilər.

Şəhər Rəhbərliyi tərəfindən Məktəblilərin Festivalını hər il keçirtmək qərara alındı.

Slideshow
Google