(Az) Baksell-in əməkdaşları ilə görüş

Dekabrın 17-də Xəzər Universitetinin Karyera mərkəzi və İctimai əlaqələr və media qurumunun təşkilatçılığı ilə tələbələr üçün Bakcell əməkdaşları ilə „İnnovativ ideyalarını APPLAB-da həyata keçir“ adlı biznes görüş keçirildi. Görüşü giriş sözü ilə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq, Baksell şirkətinin son illərdə Xəzər Universiteti ilə birgə həyata keçirdiyi layihələrlə bağlı məlumat verdi və Xəzər Universitinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tərəfindən imzalanmış təşəkkür plaketini Bakcell şirkətinin Kadrlar idarəsinin rəisi Oksana İsmayılovaya təqdim etdi. Sonra şirkətin Kadrlar Şöbəsinin işə qəbul üzrə mütəxəssisi Natəvan Mirməmmədli və Bakcell-in digər nümayəndələri görüşdə çıxış etdilər. Onlar proqram tərtibatçılarının regional səviyyədə dəstəklənməsi və inkişafı üçün Bakcell-in beynəlxalq tərəfdaşı olan QUALCOMM-la birlikdə APPLAB layihəsinin təşkilindən danışdılar. Biznes görüşün məqsədi yeni ideyaları və işləmək həvəsi olan gənclər və peşəkar tərtibatçıları APPLAB layihəsinə cəlb etmək və Bakcell-in köməkliyi ilə onlara dəstək verməkdir. 90 günlük proqram çərçivəsində seçilmiş yerli proqram tərtibatçıları üçün yeni mobil aplikasiya və texnologiya ideyalarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Uğurlu layihələrin Bakcell-in aplikasiyaları arasında öz yerini tutacaqı vurğulandı. Sonda tələbərə Bakcell şirkətinin hədiyyələri paylandı.

On December 17th, a business meeting entitled “APPLAB brings innovative ideas to life” was held for students. The meeting was organized by the Khazar University Career Center and the Public Relations and Media Office. Alovsat Amirbeyli, Director of Public Relations and Media, opened the meeting with a speech about joint projects that have been carried out by Bakcell and Khazar. He also presented a thank you plaque signed by Prof. Hamlet Isaxanli, Founder of Khazar and Chairman of its Board of Directors and Trustees, to Oksana Ismayilova, Chief of Bakcell’s Personnel Department. Then presentations were made by Natavan Mirmammadli, recruitment specialist for Bakcell’s Personnel Department, and other Bakcell representatives. They spoke about the company’s APPLAB project, which it created together with QUALCOMM (Bakcell’s international partner) in order to support and develop programmers on a regional level. The goal of the business meeting was to recruit young people with new ideas and a desire to work into the APPLAB project and to support them with the help of Bakcell. The 90-day APPLAB project includes a plan to help selected local programmers implement their new ideas for mobile applications and technology. Presenters emphasized that successful projects will be offered in the future along with Bakcell’s own applications. At the end of the event, Bakcell distributed gifts to students.

Select language:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page