Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Riyazi uğurları haqqında rəylər, fikirlər

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu
tərəfindən hazırlanmış bir arayışdan:

H.A. İsayev hələ tələbəlik illərindən özünü zəhmətkeş bir tədqiqatçı kimi göstərmişdir. Sonralar o, Moskva riyaziyyat məktəbini keçmiş və müasir riyazi metodları dərindən mənimsəmişdir. H.A. İsayev fəal çalışan və yüksək səviyyəli riyaziyyatçıdır. Onun geniş maraq dairəsi vardır. Mövzunun hərtərəfli öyrənilməsi,öz tədqiqatlarında ümumi ilə xüsusini əlaqələndirmə bacarığı H.A. İsayevin elmi fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdir. H.A.İsayev dünyada çoxparametrli spektral nəzəriyyə sahəsində yazılmış üç monoqrafiyadan (hər üçü ingilis dilindədir) birinin müəllifidir.(1986)

******
SSRİ Elmlər Akademiyası Steklov adına Riyaziyyat
İnstitutunun direktoru,
akademik V.S. Vladimirov:

H. İsayev funksional analiz üzrə məşhur mütəxəssisdir. Onun bu sahədə apardığı tədqiqatlar xaricdə yaxşı tanınır, elmi çıxışları mütəxəssislər tərəfindən çox bəyənilib.(1983)

******
Toronto Universitəsi,
professor F.V. Atkinson:

Çoxparametrli spektral nəzəriyyənin ən qiymətli nəticələrini son illər H. İsayev və onun tələbələri almışlar. Qətiyyətlə və çəkinmədən demək olar ki, o, müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biridir.(1990)

******
Calgary Universitəsi,
Riyaziyyat və Statistika Departmentinin müdiri,
professor Patrick J. Browne:

(SSRİ Elmlər Akademiyası fızika-riyaziyyat bölməsinin akademik katibi N.N. Boqolyubova yazdığı məktubundan, surəti Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti E.Salayevə, həmçinin
Riyaziyyat və Mexanika İnstitutunun direktoru F. Maqsudova, 1986)

…1970-ci ildən başlayaraq çoxparametrli spektral nəzəriyyənin tədqiqatı sahəsində böyük fəallıq duyulur. Kanadada mənimlə P. Bindinqin rəhbərliyi altında qrup fəaliyyət göstərir. Şotlandiyada professor B. D. Sleemanın qrupu da yaxşı nəticələr əldə edib. SSRİ-də isə Bakının Riyaziyyat və Mexanika İnstitutunda çox fəal və əzmkar qrup işləyir. Onun rəhbəri doktor H. İsayevdir. Neçə il idi ki, biz Bakı qrupu ilə əlaqə yaratmaq istəyirdik. Son bir neçə həftə ərzində ürəkdən sevinirik. Doktor H. İsayevi Kalqariyə də’vət etmək, onunla əməkdaşlığa başlamaq imkanı tapmışıq.

H. İsayevin mühazirələrindən çox böyük fayda götürdük. Əminəm ki, o da səfərindən razı qalıb. Bakı ilə əlaqələrimizi kəsməyəcəyik. İsayevlə birlikdə monoqrafiya yazmağı qərara almışıq.

Bir sözlə, onun qısa səfəri bizim tədqiqat həyatımıza böyük töhfə bəxş etdi…

******
H. İsayeva məktubdan:

Sizin bir neçə həftəlik səfəriniz bizi həddindən artıq sevindirdi. Bizim çoxparametli spektral nəzəriyyə qrupumuzun bütün üzvləri sizin mühazirələrə aludə oldular (1985).

******
N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun
elmi şurası (sədr-RSFSR-in əməkdar elm xadimi Y.A. Lavrikov):

…H. İsayev SSRİ-də və ölkəmizdən kənarda funksional analiz və onun tətbiqi, xüsusilə də çoxparametrli spektral nəzəriyyə sahəsində böyük bir alim kimi tanınır.

H. İsayev müasir operatorların ədədi oblastı nəzəriyyəsinin yaradıcılarındandır. Ixtiyari tərtibli çoxparametrli sinqulyar diferensial operatorların məxsusi funksiyalar üzrə ayrılması haqqında H.A. İsayev teoremi artıq klassikləşib.

H. İsayev operatorların müasir spektral nəzəriyyəsi sahəsində elmi məktəbin yaradıcısıdır…(1989)

******
SSRİ Elmlər Akademiyasının akademiki
S.M. Nikolskiy:

H. İsayev riyazi analiz sahəsində çalışan məşhur riyaziyyatçı alimdir.
O, funksional analiz və onun tətbiqi sahəsində fundamental tədqiqatlar müəllifidir. Onun çoxparametrli spektral nəzəriyyəyə həsr olunan işləri müasir riyaziyyatın yeni aktual sahəsinin vacib hissəsini təşkil edir və bu sahəyə mühüm töhfədir. Mənə mə’lumdur ki, işlədiyi sahədə H. Isayev xarici elmi-tədqiqat mərkəzlərilə sıx əlaqə saxlayır. Onun işləri xaricdə yüksək qiymətləndirilir.(1983)

******
M.V. Lomonosov adına Moskva Dövlət Universitəsinin rektoru,
M.V. Lomonosov mükafatı laureatı,
professor V.A. Sadovniçiy:

Çoxparametrli spektral nəzəriyyə funksional analizin maraqlı və çətin sahələrindən biridir. Bu səbəblə həmin nəzəriyyənin yaradılması mühüm elmi istiqamətdir. Mən bu sahəyə aid çox işlərə rə’ylər yazmışam, məqalələrin şərhi ilə məşğul olmuşam. Qətiyyətlə deyə bilərəm ki, H. İsayevin bir çox elmi nəticələri xarici alimlər tərəfindən aparılmış tədqiqatları çox-çox arxada qoyub.(1983)

******
Lenin mükafatı laureatı,
professorV.B. Lidskiy:

…Müəllif bir sinif öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsində çox gözəl riyazi metod yaratmışdır…Dissertasiyadakı üç fəslə ehtiyac yoxdu, tək birinci fəsil namizədlik üçün kifayət edəcək gücə malikdir… H. İsayev dərin elmi nəticələr əldə etmişdir və bunlar namizədlik dissertasiyasına qoyulan tələblərdən açıq-aşkar yuxarıda durur…
(H. İsayevin namizədlik dissertasiyasına yazdığı rə’ydən, 1973)

******
Lenin mükafatı laureatı,
professor V.B. Lidskiy:

Çoxparametrli spektral nəzəriyyə sahəsində ondan əvvəlki alimlərin gözəçarpan uğurlarına baxmayaraq, H. Isayev bu sahənin ümumi nəzəriyyəsinə və onun konkret ger-çəkləşməsinə sanballı elmi töhfələr vermişdir. Qeyd etmək lazımdır ki, bu sahə ölkəmizdə indiyə kimi öz layiqli əksini tapmamışdı.(1983)

******
M.V. Lomonosov mükafatı laureatı,
professor A.Q. Kostyuçenko:

H. İsayev ölkəmizdə birinci riyaziyyatçıdır ki, əsası hələ klassiklər tərəfindən qoyulan çoxparametrli spektral nəzəriyyə sahəsini araşdırmağa başlamışdır. O, bu sahəyə böyük töhfə vermiş, mühüm yeni anlayışlar daxil etmiş, çətin hesab olunan nəticələr əldə etmişdir. H. Isayev bu sahənin bir çox bölmələrinin yaradıcısıdır.(1983)

******
Lenin mükafatı laureatı,
professor E.M. Levitan:

Sovet Ittifaqında çoxparametrli spektral nəzəriyyə sahəsində ilk sistematik tədqiqatı H.A. İsayev aparmağa başlamışdır. O, bir sıra çox mühüm nəticələr almışdır.(1983)

******
Dövlət mükafatı laureatı,
professor A.A. Dezin:

H.A. İsayev çətinliklərin öhdəsindən çox ustalıqla gələn, maraqlı, yeni məsələlər üzə çıxarmağı və həll etməyi bacaran, geniş bilik sahibi olan riyaziyyatçıdır.(1983)

******
Azərbaycan Emlər Akademiyası Riyaziyyat və Mexanika institutunun direktoru
akademik Zahid Xəlilov:

H.İsayevin yeni maraqlandığı çoxparametrli spektral nəzəriyyə çox çətin, amma çox da maraqlı elmi sahədir. O, əvvəllər məşğul olduğu məsələlərdən çox fərqli riyazi dil və metodlarla silahlanmalıdır. Riyaziyyatçılarımız arasında o, ən hazırlıqlıdır, gücü çatar, orijinal nəticələr əldə edəcəyinə gümanım var.Ona uğurlar arzulayıram.(1973)

******
Azərbaycan Elmlər Akademiyasının akademiki
M. G. Qasımov:

Müəllif operator-polinomların ədədi oblastı ilə əlaqədar rezolventin gözəl qiymətlərdirmə üsulunu işləyib. Bu işdə yeni üsulların və mürəkkəb analitik aparatın köməyi ilə operator-funksiyalar üzrə müxtəlif vaсib nətiсələr alınıb. Zənnimсə, bu iş namizədlik dissertasiyalarına qoyulan tələblərdən yuxarıda durur. (1973)
******

Slideshow
Google