Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Hamlet İsaxanlı beynəlxalq konfransda çıxış etdi

2017-ci il aprelin 17-də Bakı Slavyan Universitetində “Postsovet Azərbaycanında milli-mədəni kimlik” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın açılış və plenar sessiyalarında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etdi. Fasilədən sonrakı paneli idarə edən professor Hamlet İsaxanlı “Azərbaycan milli kimliyinin tarixi mərhələləri” adlı məruzə ilə çıxış etdi.

Xalq artisti Ramiz Quliyevlə üz-üzə

2017-ci il aprelin 14-də Xəzər Universitetinin “Dünya” konsert salonunda  universitetin “Üz-üzə” layihəsi çərçivəsində Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından biri, tar dünyasının canlı əfsanəsi, Xalq artisti, professor Ramiz Quliyevin 70 illiyinə həsr olunmuş “Səslən, tarım” adlı yaradıcılıq gecəsi keçirildi.

Tədbirin əvvəlində musiqişünas Nərgiz Kərimova sənətkarın həyat və yaraıcılığını işıqlandırdı. Onun geniş və əhatəli, fotoslaydlarla müşayiət olunan mühazirəsində Ramiz Quliyevin çoxşaxəli fəaliyyəti bir daha göz önündə canlandı. Sonra Xalq artisti Ramiz Quliyev səhnəyə dəvət olundu və konsert proqramı başlandı. Konsertdə Qara Qarayev, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Sərdar Fərəcov, həmçinin Anton Rubenşteyn, Frans Şubert, Vittorio Monti və Mikis Teodorakisin əsərləri ifa olundu. Qeyd edək ki, Xəzər Uuniversitetinin Kamera orkestrinin müşayiəti ilə keçən konsert öz əsrarəngliyi ilə  dinləyicilərin diqqətini cəlb etdi.

Konsert proqramı görkəmli tarzən haqqında filmin nümayişi və çıxışlarla müşayiət olundu. Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu, dosent Zülfiyyə Sadıqova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış etdilər. N. Kazımov Ramiz Quliyevin ifaçılıq sənətinn xüsusiyyətləri haqqında danışdı. Z. Sadıqova  Ramiz Quliyevlə bağlı  xatirələrini dinləyicilərlə bölüşdü. On beş il öncə təşkilatçılıq etdiyi Ramiz Quliyevin 55 illiyi ilə bağlı yaradıcılıq gecəsini xatırladı və həmin tədbirdən görüntülər təqdim etdi. S. Fərəcov çıxışında Azərbaycan musiqi ifaçılığında  Ramiz Quliyevi Üzeyir Hacıbəyli ənənəsinin davamçısı kimi səciyyələndirdi. H. İsaxanlı Ramiz Quliyevin geniş diapozona malik ifaçılıq sənətinin xarici olkələrdə də tanındığını və yüksək dəyərləndirildiyini qeyd etdi.

Çıxış edənlər görkəmli sənətkarı yetmiş illik yubileyi münasibətilə təbrik etdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar, təbrik məktubları və gül dəstələri təqdim etdilər.

Tədbirin sonunda Xalq artisti Ramiz Quliyev çıxış edərək, onun yaradıcılıq gecəsinin təşkilinə görə Xəzər Universitetinin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

Professor Hamlet İsaxanlı təltif edildi

2017-ci il aprelin 14-də TÜRKSOY –Beynəlxalq Türk Mədəniyyət Təşkilatının sədri professor. Düsen Kaseinov Azərbaycan Atatürk Mərkəzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.

Düsen Kaseinov professor Hamlet İsaxanlıya “Azərbaycan, Kazakıstan, Kırgızıstan, Özbekistan Cumhuriyetlerinin ve Türkmenistan’ın bağımsızlıklarının 25. Yılı anısına” medalını təqdim etdi.

Professor “Şərq” qəzetinə müsahibə verdi

2017-ci il aprelin 12-də “Şərq” qəzetinin rəsmi internet səhifəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə müsahibə yayınlanmışdır.

Müsahibəni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

http://www.sherg.az/site/id-29292/Kanadaya_getmək_istəyən_varmi?-__Professor_o_gözəl_ölkədən_danışır.

Avrasiya Araşdırmalar Mərkəzi Xəzər Universiteti ilə Abdullah Gül Universitetinin əlaqələrindən yazdı

2017-ci il aprelin 12-də Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi internet səhifəsində Abdullah Gül Universitetinin rektoru Pr.Dr. Sabuncuoğlunun Xəzər Universitetinə səfəri və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşü haqqında xəbər yayınlanmışdır.

Xəbəri tam şəkildə bu link vasitəsilə oxumaq olar:

http://avim.org.tr/tr/Bulten/AGU-DEN-AZERBAYCAN-DA-ANLASMA?slid=SlE0EPG0thKQGsWqnuy1U5xJreY&utm_campaign=Avim+G%C3%83%C2%BCnl%C3%83%C2%BCk+B%C3%83%C2%BClten+-+Daily+Bulletin+-+2142&utm_content=SlE0EPG0thKQGsWqnuy1U5xJreY&utm_medium=email&utm_source=sendloop.com&utm_term=

Avim+G%C3%83%C2%BCnl%C3%83%C2%BCk+B%C3%83%C2%BClten+-+Daily+Bulletin+-+2142

Kuala Lumpur Universitetinin nümayəndələri Xəzər Universitetində oldular

2017-ci il aprelin 11-də Kuala Lumpur Universitetinin nümayəndələri Xəzər Universitetində oldular. Görüş Xəzər Universitetin “Neftçilər” kampusunda keçirildi.

Kuala Lumpur Universitetinin nümayəndələri –Akademik işlər və texnologiya üzrə vitse-prezident professor Dato Dr. Azanam Şah Haşim və fakültə dekanı və kampus rəhbəri Dr. Sairul İzvan Bin Safie idilər. Kuala Lumpur Universiteti Malayziyanın aparıcı özəl texniki universitetlərindən biridir.

Xəzər Universitetini isə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Dr. Hassan Niknafs və Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova təmsil edirdilər.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq, xüsusi ilə də mühəndislik sahəsində, müzakirə olundu. Görüşdə universitetlər arasında Anlaşma Memorandumunun imzalanması qərara alındı.

Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının Qala konserti keçirildi

2017-ci il aprelin 11-də Sumqayıt Dövlət Dram teatrında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər Təhsil İdarəsinin və Xəzər Universiəsi Sumqayıt “Dünya” məktəbinin təşkilatçılığı ilə Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının Qala konserti keçirildi.

Qala konsertində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov salona toplaşanları salamlayaraq bildirdilər ki, Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalı sumqayıtlıların həyatında mühüm hadisədir. Sonra isə onlar  festivalın I yer qaliblərini təbrik etdilər və qaliblərə qiymətli hədiyyələr təqdim etdilər.

“Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, Xəzər Universitetinin İctimai Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov, “Dünya” məktəbinin müdiri Mərufə Mədətli və Sumqayıt “Dünya” məktəbinin müdiri Münəvvər Bayramova II və III yer tutan qaliblərə sertifikatlarını və hədiyyələrini təqdim etdilər.

Gecənin bədii hissəsində qaliblər maraqlı proqramla çıxış etdilər.

Şəhər Rəhbərliyi tərəfindən Məktəblilərin Festivalını hər il keçirtmək qərara alındı.

Abdullah Gül Universitetinin rektoru Xəzər Universitetində oldu

2017-ci il aprelin 11-də Türkiyə Cümhuriyyəti Abdullah Gül Universitetinin rektoru Pr.Dr. İhsan Sabuncuoğlu Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Bu iki universitet arasında gələcəkdə iş birliyinin qurulması qərara alındı. Görüşdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs və İctimai əlaqələr media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak edirdilər.

“Elm üçbucağı” İctimai TV-də

2017-ci il 9 aprel tarixində Xəzər universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlının “Elm üçbucağı” verlişinin növbəti buraxılışı İctimai TV-də yayımlandı. Bu dəfəki mühazirənin mövzusu “Avropada akademiyalar” haqqında idi. Mühazirənin auditoryasını Xəzər universitetinin müəllim və peşəkar heyəti təşkil edirdi.

Hamlet İsaxanlı ATV-nin “Keçmişə baxanda” verlişinin qonağı oldu

2017-ci il aprelin 2-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ATV-nin “Keçmişə baxanda” verlişində qonaq oldu və aparıcı Günay Firudin qızının suallarını cavablandırdı. O, həm təbiət elmləri, həm də humanitar və sosial elmlər sahəsindəki yaradıclığı, beynəlxalq fəaliyyəti, həyatından səhifələr, təbiətlə ünsiyyəti və poetik yaradıcılığı barəsində danışdı.

Slideshow
Google