Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Alla Axundova – Hamlet İsaxanlıya ithaf

В отличие от “важных лиц”,
Вы – личность! Человек-планета!
Отец и четырёх девиц,
И сына -университета.
Певец незримых нам частиц
Математических таблиц.
Творец всамом себе поэта.
Вы – единица единиц.
Вы Гамлет. Вы – принципиально – принц.
Но кто вы? Так и нет ответа.

***

Хоть этот год не юбилейный…
За вашей жизни каждый год
В московской комнатной молельне
Свечу я ставлю на кивот.
И от нее лицо Христово Светлеет…
Значит, не грешу,
Когда в молитве у Святого
За мусульманина прошу.

Riyazi uğurları haqqında rəylər, fikirlər

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu
tərəfindən hazırlanmış bir arayışdan: Read the rest of this entry »

Yazılardan Seçmələr

Main Afza
(Blumenborq, ABŞ):

«Hamlet İsayev (İsaxanlı) Azərbaycan Respublikası, böyük Azərbaycan xalqı üçün çox qiymətli töhfələr vermiş əvəzolunmaz bir şəxsiyyətdir. O, görkəmli alim və maarifçidir.

Hamlet müəllim qeyri-adi uzaqgörən, yorulmaz və çox istedadlı qurub-yaradan bir insandır. O, dərin hörmət və etibar qazanmış və çoxlu ardıcılları olan parlaq bir liderdir!»

 

Nairə Tohidi,
professor,
(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):

«Professor Hamlet İsayevin (İsaxanlının) adı Azərbaycan xalqının islahatlar dövrü mərhələsində, xüsusən təhsil sisteminin inkişafında gənc və müstəqil Azərbaycanın tarixinin müasirləşmə, tərəqqi və demokratiya pionerləri arasında olacaqdır».

 

Raymond Mak Qi
(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):

«Hamlet müəllim bənzərsiz alim-rektordur. O, bir dəyərli alim kimi riyaziyyat elminə əvəzsiz töhfələr vermişdir. Dağılmış Sovet İttifaqından sonrakı keçid dövründə o, orijinal bir universitet yaratmışdır. Xəzər Universitetini yaratmaqla bu regionda Hamlet müəllim yeni dəyişikliklər, yeni fikirlər dövrünün pioneri oldu.

Hamlet müəllimin rəhbərlik etdiyi Xəzər Universitetində yaratdığı abi-hava onu ali təhsil ocaqları içərisində ən yüksək pilləyə qaldırmışdır. Burada işləmək və oxumaq böyük xoşbəxtlikdir».

 

Van Dzen Bo,
«Çin gəncliyi» qəzetinin xüsusi müxbiri:

«…Mən Xəzər Universitetinin rektoru və yaradıcısı, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsayevə (İsaxanlıya) bir insan kimi, bir alim, bir elm fədaisi kimi böyük rəğbət bəsləyirəm. O, olduqca qısa müddət ərzində son dərəcə ürəkaçan nailiyyətlər əldə edib».

 

Uilyam Roy,
doktor (Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):

«Yeni bir qurum yaratmaq üçün geniş qaynaqları hərəkətə gətirən, tənzimləyən və cəmləşdirən bir şəxsiyyəti təsvir edərkən sosioloqlar «qurum yaradıcısı» terminini işlədirlər. Mən bəzi cəmiyyətlərdəki istedadlı və görkəmli şəxsiyyətlər haqqında sinifdə, yaxud həmkarlarımla müzakirə apardıqda qurum yaradıcısı misalı kimi həmişə Hamlet İsayevi (İsaxanlını) göstərirəm. O, Sovetlər Birliyi dağıldıqdan sonra və uzun illər sürən müharibədən sonra zəifləmiş bir cəmiyyətdə ali təhsil verən bir qurum yaratmağa nail oldu.

Filosoflar və jurnalistlər Xəzər Universitetinə təriflər yazmalıdırlar. Çünki bu universitet, həqiqətən, insan ruhunun yüksəkliyinin əyani təsdiqidir. Sosioloqlar isə belə bir qurumun nədən başqasında deyil, məhz bu cəmiyyətdə yarandığını araşdırmalıdır. Bu suala cavabın böyük hissəsi, sözsüz ki, Hamlet İsayev (İsaxanlı) kimi qabiliyyətli bir şəxsin olmasıdır».

 

Yezdi Bhada,
doktor, Corciya Dövlət Universiteti, Biznes idarəçiliyi proqramının direktoru (ABŞ):

«Mənim şübhəm yoxdur ki, professor Hamlet İsayevin (İsaxanlının) rəhbərliyi altında «Xəzər» regionda ən yaxşı ali məktəbə çevriləcəkdir. Onun ətraf gerçəkliyi başa düşməyi, məharətli rəhbərliyi, iti mühakimələri uğur qazanmaq üçün əsas göstəricilərdir».

 

Tomas Yanq,
Böyük Britaniyanın Azərbaycandakı səfiri:

«Rektor, professor Hamlet İsayevin (İsaxanlının) ağıllı rəhbərliyi altında kollektiv və tələbələr təhsildə təkmilləşmək üçün daim yeni yollar axtarırlar».

 

Hafiz Paşayev
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri:

«Hamlet müəllimin fəaliyyəti respublikamızın ictimaiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi başlayıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəaliyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün əhəmiyyətli konkret işlər görmüşdür.

Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xaricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin işlərində əvəzsizdir.

Onun Amerika universitetləri ilə birgə proqramlar üzrə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniyyətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universitetlə bağlı olmuşdur».

 

Rza Mahmudov,
professor:

«Tarixdə müdrik insanlarla bir dövrdə yaşamağın özü xöşbəxtlikdir. Lakin belə şəxslərlə, belə insanlarla lap uşaq çağlarından bir yerdə olmaq, bir yerdə böyümək, həyatın paralel anlarını birgə yaşamaq, məncə, ikiqat xöşbəxtlikdir. Haqqında söhbət gedən görkəmli alimimiz, professor İsayev (İsaxanlı) Hamlet Abdulla oğludur».

 

Zəlimxan Yaqub,
xalq şairi, millət vəkili:

«Hamlet İsaxanlı – gözəl insan və böyük alim!

Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətəndaşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad sahibi!

Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən şöhrətli nümayəndələrindən biri!

Dünyanın bir çox ölkələrində Azərbaycan elminin şərəfini göylərə qaldıran, alın tərinə, əl qabarına, yuxusuz gecələrə arxalanan sadə və səmimi, ciddi və qayğıkeş, tələbkar və inadkar, namuslu elm fədaisi! Kökünə, nəslinə, torpağına, ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, ömrünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müxtəlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini heyrətə gətirən Vətən oğlu!

Borçalı azərbayçanlılarının qəhrəmanlıq tarixinə şanlı səhifələr yazmış igid və məğlubedilməz İsaxan babanın adına, tərcümeyi-halına layiq olan nəvə, nəslin nüfüzlu davamçısı!

Övladlarını da özü kimi elmin sonsuz və müqəddəs üfüqlərində pərvazlandıran ata, gözəl ailə başçısı!

«Xəzər» adlı dünya şöhrətli universitetin – elm məbədinin yaradıcısı, rəhbəri, təşkilatçısı!

Uğurlar olsun Hamlet İsaxanlıya!!!»

 

Marianna B.Veyrner,
Los-Anceles, ABŞ:

«…Mən çox yerlərdə olmuşam və çox görmüşəm. Lakin Hamlet İsayevin (İsaxanlının) böyük zəhmət bahasına əldə etdiyi nailiyyətlər heç bir şeylə müqayisəyə gəlməz. Mən onunla tanışlığı həyatımın qismət payı hesab edirəm».

 

Manaf Süleymanov,
xalq yazıçısı:

«İlk görüşdən ondakı sadəlik, səmimiyyət və xoşniyyət məni valeh etdi.

Onun şəxsi mədəni keyfiyyəti, bədnəzərdən iraq fəaliyyəti xalqın övladlarına təhsil vermək, mədəniyyətimizi yüksək zirvələrə qaldırmaq, görünür ki, onun anadangəlmə xasiyyətidir.

Hamletin gələcəkdə də uzun illər belə yüksək səviyyədə vətən övladlarını yetişdirməsini ürəkdən arzu edir, ona uzun ömür, yaradıcılıq fəaliyyəti diləyirəm. Əbəs yerə deməyiblər ki:

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərindən».

 

İsmət Əhmədov,
dosent, Xəzər Universiteti:

«Tanış olduğum az bir müddət ərzində Hamlet müəllimdə iki mühüm keyfiyyət aşkar etdim. Bunlardan birincisi, onun müstəqil olmasıdır. İkıncisi, Hamlet müəllimin hamıdan fərqli olaraq, ən çətin anlarda belə şikayət etməməsidir. Bu keyfiyyət də məncə, onun müstəqilliyindən, məsələni öz gücü ilə həll etmək istədiyindən və inamından irəli gəlir».

 

Mirabbas Qasımov,
akademik:

«Onun müstəqilliyi, təşəbbüskarlığı, yeni elm sahələrinə, ehtiyat etmədən, cəsarətlə girişməsi Hamlet İsayevdə (İsaxanlıda) tələbəlik vaxtından müşahidə etdiyim və xoşuma gələn cəhətlərdəndi.

Ümumiyyətlə, Hamlet İsayev (İsaxanlı) ən geniş riyazi biliyə sahib olan alimlərimizdəndir. O, müasir riyaziyyatın inkişaf meyillərini, istiqamətlərini hiss edən, müxtəlif, bəzən bir-birindən çox uzaq sahələrdə dərin biliyə sahib bir riyaziyyatçıdır, geniş əhatəiliyi ilə diqqəti cəlb edir. Hamletlə lap tələbəlik illərindən bir çox elmlərin çeşidli sahələrindən saatlarla müzakirə aparmaq olurdu.

Eyni zamanda, onun tarix, təhsil siyasəti, siyasi və humanitar elmlər sahəsində Hamlet İsaxanlı adı altında apardığı tədqiqatları, elmi və elmi-publisistik yazıları tək-tək alimlərə xas olan hərtərəflilik nümunəsidir.

Hamlet müəllimin təşkilatçılıq qabiliyyəti isə artıq hamıya bəlli, hamını heyran edən bir cəhətdir.

Hamlet İsayev (İsaxanlının) təsis etdiyi, inkişaf etdirdiyi Xəzər Universiteti isə bənzərsizdir, Azərbaycanda və yaxın ölkələrdə ən yüksək səviyyəli elm və təhsil ocağı kimi məşhurlaşmışdır.

Enerjisi aşıb-daşan, yeni addımlar atmağı özündə bir adətə çevirən Hamlet İsayevdə (İsaxanlıda) dəyişməyən, həmişəki kimi qalan cəhət isə insanpərvərlik, gülərüzlülükdür, yaradıb-qurmaq həvəsidir».

 

Camal Mustafayev,
professor:

«İdrak fəallığı insan varlığını ruhən zənginləşdirən, nəcibləşdirən amildir. Belə batini yetkinlik öz həyatiliyini səmərəli fəaliyyətdə bildirir. Yaradıcı alimlərin əməyi bu cəhətdən xüsusilə yüksək qiymətləndirilir. Burda Hamlet İsayev (İsaxanlı) özünəməxsus görkəmli yer tutur.

Mən onun ömür yoluna dünyaya gəldiyi gündən bələdəm. Onda uşaqlıq dövründən bilmək, mütaliə eşqi müşahidə edilirdi.

Hamlet riyaziyyatla məhdudlaşmır; onun maraq dairəsi olduqca əhatəlidir. Rasional təfəkkürlə mənəvi mədəniyyəti özündə bir vəhdətdə birləşdirib. Avropa, Şərq, rus elmi, bədii fikrindən səmərəli faydalanır. Ancaq bu mənbələrdən əxz etmək onu milli kökümüzdən ayırmır. Əksinə, mənəvi varlığımızı müqayisəli şəkildə dərindən anlamağı şərtləndirir. Hamlet musiqimizi, şeirimizi, folklorumuzu müfəssəl bilən, duyan ziyalıdır. Bu xüsusda onunla zaman-zaman maraqlı söhbət edirik. Belə söhbətlərdə zəngin estetik zövqə malik olduğunu duyursan».

 

Elimxan Mahmudov,
professor:

«Hamleti hamımıza sevdirən xüsusiyyətlərdən biri də onun olduğu kimi görün, göründüyün kimi ol prinsipi ilə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə etmək prinsipi ilə yaşamasıdır. Məhz bu baxımdan daxildən gələn bir atəşlə, sevgiylə, vətəndaşlıq əzmiylə yoruldum demədən, ruhdan düşmədən çalışır bu Böyük Dost. Bu nəcib insan! Böyük tədqiqatçı! Sanki tarixin qara küləklərinin, qasırğalarının xalqımıza, yurdumuza gətirdiyi bəlalara, qanlara, qaranlıqlara maarif işığı yandırmaqla cavab vermək, etirazını bildirmək istəmişdir bu Böyük Qurucu!».

 

Nijad Mikayılzadə,
dosent, Xəzər Universiteti,
Azərbaycan Dövlət Tibb Universiteti:

«Xəzər Universitəsi zəmanəmizin tələbindən yaranıb. Yeniliklərin uğur qazanmasında şəxsiyyət böyük rol oynayır desəm, Amerika kəşf etmərəm. «Xəzər»in gələcəyini mən bilavasitə universitənin rektoru, professor Hamlet İsayev (İsaxanlı) ilə bağlayıram. O, erudisiyalı alim, qabiliyyətli təşkilatçı, ən mühümü, fövqəladə dərəcədə təvazökar və sadə insan xüsusiyyətlərini özündə birləşdirir. Çox sevindirici haldır ki, universitədə xeyirxahlıq və qayğıkeşlik, insanlara həssas münasibət, insanın yaradıcılıq imkanlarının açılması və çiçəklənməsi üçün əlverişli şərait hökm sürür».

 

«Hamlet İsaxanlı. Bu dünyaya nə gətirdim…» kitabı əsasında
(müəlliflər: Knyaz Aslan və Vahid Ömərli).
Xəzər Universitəsi Nəşriyyatı, Bakı – 2005

Slideshow
Google